Yeni layihələr üçün açığam
Bestseller

Gradus — Dərs cədvəli sistemi

Gradus — Dərs cədvəli sistemi
Məktəblər üçün offline dərs cədvəli qurucusu: +5000 saat dərsi boşluqsuz, deterministik yerləşdirən güclü solver.

Məhsul haqqında ətraflı

Gradus məktəblər üçün tam offline işləyən dərs cədvəli sistemidir. Müəllim məşğulluq məhdudiyyətlərini, sinif növbələrini, fənn saatlarını və kabinet tələblərini nəzərə alaraq +5000 saat dərsi saniyələr ərzində boşluqsuz yerləşdirən deterministik solver üzərində qurulub — eyni giriş həmişə eyni nəticəni verir, cədvəl yenidən qurulanda gözlənilməz dəyişikliklər yaranmır.

Məlumatlar lokal SQLite bazasında saxlanılır, internet tələb olunmur. Azərbaycan və rus bölmələri üçün ikidilli interfeys, çapa hazır cədvəl görünüşləri və Windows quraşdırıcısı ilə təhvil verilir. Qiymətə quraşdırma, məktəbinizin məlumatları ilə ilkin konfiqurasiya və 1 illik yeniləmə dəstəyi daxildir.

← Mağazaya qayıt