Yeni layihələr üçün açığam

Molaris — Stomatoloji klinika

Molaris — Stomatoloji klinika
Stomatoloji klinikalar üçün idarəetmə: FDI odontogram, pasiyent kartları, qəbul təqvimi və müalicə planları.

Məhsul haqqında ətraflı

Molaris stomatoloji klinikalar üçün idarəetmə sistemidir. Mərkəzində interaktiv FDI odontogramı dayanır: hər dişin vəziyyəti vizual qeyd olunur, mərhələli müalicə planları qurulur və PDF kimi pasiyentə təqdim edilir. Qəbul təqvimi həkim məşğulluğunu göstərir, ikiqat yazılmanın qarşısını alır.

Direktor, qeydiyyat, həkim, assistent və pasiyent rolları ayrı-ayrı icazələrlə işləyir. Kassa modulu ödənişləri və borc qalıqlarını izləyir, anbar sərfiyyat materiallarına nəzarət edir, xatırlatmalar pasiyentləri qəbul öncəsi məlumatlandırır. İnterfeys üç dildədir: Azərbaycan, rus və ingilis.

← Mağazaya qayıt