Yeni layihələr üçün açığam

Vitalis — Aptek POS

Vitalis — Aptek POS
Apteklər üçün satış və anbar sistemi: 520 dərman bazası, QR skan, resept OCR və gündəlik hesabatlar.

Məhsul haqqında ətraflı

Vitalis real aptek iş axını üzərində qurulmuş satış və anbar sistemidir. 520 dərmanlıq hazır baza, barkod/QR skan ilə saniyəlik satış, resept OCR, son istifadə tarixinə nəzarət və az qalıq xəbərdarlıqları bir ekranda cəmlənib — kassir növbə vaxtı heç bir artıq pəncərə açmır.

Rollar ayrılıb: kassir yalnız satış edir, admin qiymətləri, alışları və hesabatları idarə edir. Günlük və aylıq satış analitikası, ən çox satılanlar və kateqoriya üzrə anbar bölgüsü hazır vizual panellərdədir. Sistem aptekinizin brendinə uyğunlaşdırılır və ilkin məhsul bazası ilə birlikdə quraşdırılır.

← Mağazaya qayıt