Yeni layihələr üçün açığam
Yeni

Kassia — Pərakəndə POS

Kassia — Pərakəndə POS
Marketlər və pərakəndə nöqtələr üçün offline-first desktop kassa sistemi: barkod skan, ƏDV hesablanması, çek çapı və fiskal inteqrasiyaya hazır arxitektura.

Məhsul haqqında ətraflı

Kassia Azərbaycan bazarı üçün hazırlanmış offline-first desktop POS sistemidir — marketlər, apteklər və digər pərakəndə nöqtələr üçün. Kassa ekranı skan-wedge barkod dəstəyi ilə işləyir; çek hesablanması, ƏDV və endirimlər qəpik dəqiqliyindədir — pul tam ədədlə saxlanılır, float xətaları mümkün deyil. Çek məntiqinin nüvəsi 100% test örtüyü ilə yazılıb.

Hardware Abstraction Layer sayəsində çek printeri, barkod skaneri, bank terminalı və fiskal modul inteqrasiyalarına hazırdır; virtual driverlərlə avadanlıqsız sınaq mümkündür. Admin və kassir PIN girişləri, lokal SQLite baza, avtomatik miqrasiyalar və Windows quraşdırıcısı ilə təhvil verilir — internet kəsiləndə satış dayanmır.

← Mağazaya qayıt